1 ay əvvəl

UFAZ-ın Məzunu “Baku ID 2025”də Müasir Təhsil Platforması “Dapti”ni Təqdim Etdi

dapti 1x

Azərbaycan-Fransız Universitetinin məzunu İlkin Kərimli 19-20 iyun tarixlərində keçirilən “Baku ID” İnnovasiya Festivalında həmtəsisçisi olduğu, abituriyentlər üçün hazırlanan müasir təhsil platforması olan “Dapti”ni təqdim etdi. İlkin Kərimli və komandası platformanın Gəncə, Lənkəran, Lerik və Şamaxı kimi regionlardan olan ən uğurlu tələbələrini tədbirə dəvət edərək onları ideya və innovasiyalarla dolu mühitlə tanış etdilər.

Hazırda 2 500-dən çox tələbə “Dapti” platformasından istifadə edir. 4 özəl təhsil müəssisəsində isə bu sistem gündəlik tədris prosesinin bir hissəsinə çevrilib. Layihə əsasən süni intellekt texnologiyalarına əsaslanır və fərdi öyrənməni təşviq edir. Platforma şagirdlərin bilik səviyyəsinə uyğun adaptiv materiallar təqdim edir və onların inkişafını real vaxtda izləməyə imkan yaradır. “Dapti” regionlardan olan istedadlı şagirdlərin təhsil imkanlarına çıxışını artırmaq üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Platforma həm tədris, həm də qiymətləndirmə proseslərini asanlaşdırmaqla müəllimlərə dəstək göstərir.

“Baku ID” tədbiri çərçivəsində “Dapti” 100-dən çox valideyn və yeni tələbə ilə tanış oldu. Eyni zamanda beynəlxalq fondlarla ilkin danışıqlar aparıldı və qarşıdakı mərhələlər üçün möhkəm zəmin formalaşdırıldı.

dapti  2
dapti  3
dapti  4x
dapti  5x
dapti  6
dapti  7x