1 il, 7 ay əvvəl
UFAZ 10-cu İllik Xəzər Texniki Konfransı və Sərgisində

21-23 Noyabr tarixlərində Bakıda baş tutan 10-cu İllik Xəzər Texniki Konfransı və Sərgisində Azərbaycan-Fransız Universiteti də iştirak edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov sərginin açılışında iştirak edib. Konfrans çərçivəsində dünya sənaye liderləri enerji sektorunda fikir mübadiləsi aparmaq, unikal problem və imkanları nəzərdən keçirmək üçün bir araya gəliblər.
Qeyd edək ki, Azərbaycan-Fransız Universiteti sərgidə iştirak edən yeganə ali təhsil müəssisəsi oldu. UFAZ-ın İcraçı Direktoru əvəzi Lətifə Nəsibova 2-ci Strateji Sessiyanın panel müzakirəsində çıxış edərək, neft və qaz sektorunun akademik aspektləri ilə bağlı biliklərini bölüşüb. Konfrans regionun önəmli kəşfiyyat və hasilat təmsilçilərini bir araya gətirərək, sənayedə baş verən ən son innovasiyalar, qabaqcıl innovasiyalar və rəqəmsal yeniliklər barəsində faydalı müzakirələr üçün şərait yaratdı.

