1 il, 9 ay əvvəl
UFAZ-ın Kimya müəllimi ilk məqaləsini dərc etdirib

UFAZ-ın Kimya müəllimi və hazırda kimya üzrə doktorant Bəylər Zərbalıyev elmi rəhbəri ADNSU-nun Kimya üzrə fəlsəfə elmləri doktoru dosent Nərminə Quliyeva ilə birgə bu yaxınlarda “Microporous and Mesoporous Materials” (Təsir Faktoru ≈ 6) jurnalında “Synthesis and characterization of carboxylic- and amine-grafted FAU zeolites as inorganic fillers to design biocompatible composites” adlı ilk məqaləsini dərc etdirərək akademik yolunda yeni mərhələyə çatıb.
Bəylər təəssüratlarını bizimlə bölüşdü: “Bu, ADNSU, UNİSTRA və Rouen Normandie Universitetlərinin əməkdaşlığı ilə həyata keçirilən işdir.
Fransada olduğum müddətdə 1 konfransda (38ème réunion annuelle du GFZ) və 1 yay məktəbində də iştirak etdim. Yay məktəbində (Materials for Health from Biophysics to Biomedicine organized by ITI HiFunMat) mənim posterim ən yaxşı poster qrantı ilə mükafatlandırıldı.
Bu uğurlu nəticələr mənim rəhbərlərim (Benoit Louis, Nərminə Quliyeva, Gaetan Lutzweiler) və UFAZ olmadan mümkün olmazdı.