3 həftə əvvəl

UFAZ Sinema Klubunun təşkilatçılığı ilə tələbələr "Tokio xaç ataları" filmini izləyiblər

sdvsdv

Dekabr ayının 20-də UFAZ Sinema Klubu "Tokio xaç ataları" filminin nümayişini təşkil edib. 2003-cü ildə yapon rejissor Satoşi Kon tərəfindən ərsəyə gətirilmiş bu animasiya filmi yeni il mövzusundadır.

Film, evsiz-eşiksiz olan 3 şəxsin Milad bayramı ərəfəsində tərk edilmiş bir körpəni tapması və onu ailəsinə qovuşdurmaq üçün unudulmaz bir səyahətə çıxmasından bəhs edən təsirli hekayəsi ilə tamaşaçıların zövqünü oxşayıb.

Bu nümayişin məqsədi UFAZ tələbələri üçün bayram abu-havası yaratmaq, eyni zamanda xeyirxahlıq, ümid və insanlarla münasibətlərin düzgün qurulmasının önəmi kimi mövzuları vurğulamaq idi. Tədbir həmçinin kino sahəsinə olan marağı artırmaq və tələbələr arasında birliyi gücləndirmək məqsədi daşıyırdı.

Təqdimatdan sonra iştirakçılar film barəsində müzakirə apardılar və onun unikal hekayəsi və verdiyi təsirli mesajları haqqında fikirlərini bölüşdülər.

aaa
dfffffffffff
aaaaaaaaaaaaaaa