3 həftə, 3 gün əvvəl

UFAZ-ın Sahibkarlıq və İnnovasiya Mərkəzində "Demo Day" tədbiri keçirilib.

DSC02902-min_11zon

Fevralın 2-də Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzində “Demo Day” tədbiri keçirilib. Tədbirdə IGNITE inkubasiya proqramını uğurla bitirən altı startap komandası (“BronKing”, “Bron.”, “Connectify”, “KingJob”, “Bonjur” və “Eathanos”) innovativ ideyalarını və ilkin məhsullarını jüri üzvlərinə, potensial investorlara və partnyorlara təqdim ediblər.

Startapçılar təqdimatlarını başa vurduqdan sonra münsiflər heyətinin suallarını cavablandırıblar. Münsiflər heyətinin üzvləri təqdimatlar və sual-cavab əsasında startapları qiymətləndiriblər və iki qalib müəyyən ediblər.

Tədbirin sonunda qalib startapların adları açıqlanıb. Birinci yerə “Bron.”, ikinci yerə isə “Eathanos” startapı çıxıb. Hər iki startap 5000 manat məbləğində ilkin toxum investisiya əldə edib.

Qeyd edək ki, IGNITE inkubasiya proqramı Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən və ideya mərhələsindən minimum həyat qabiliyyətli məhsul mərhələsinə qədər yüksəlmək istəyən startaplar üçün nəzərdə tutulan üç aylıq bir proqramdır.

DSC02522-min
DSC02670-min
DSC02874-min_11zon
DSC02920-min_11zon
DSC02913-min_11zon