3 saat əvvəl

UFAZ məzunlarına Strasburq Universitetinin diplomları təqdim olunub

diploma ceremony + id cards 26 1

Oktyabrın 27-də Azərbaycan-Fransız Universitetində (UFAZ) 2026-cı ilin bakalavriat və magistratura məzunlarına Strasburq Universitetinin (Unistra) diplomlarının, eləcə də birinci kurs tələbələrinə Unistra tələbə biletlərinin təqdim olunması mərasimi keçirilib.

Tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) prorektoru, dosent Vazeh Əskərov, UFAZ-ın baş katibi Dr. Martin Qodon və Unistra-nın vitse-prezidenti, professor Jan-Mark Planeixin açılış nitqləri ilə başlayıb.

Tədbir çərçivəsində UFAZ-ın 2026-cı il bakalavr və magistr məzunlarına Strasburq Universitetinin diplomları təqdim olunub. Bununla məzunların akademik nailiyyətləri və təhsillərini uğurla başa vurmaları qeyd edilib. Tədbirin növbəti hissəsində birinci kurs tələbələrinə Unistra tələbə biletləri təqdim edilib.

UFAZ ilə Strasburq Universiteti arasında uğurlu əməkdaşlığın növbəti nümunəsi olan tədbir bu tərəfdaşlığın tələbələr üçün beynəlxalq təhsil imkanlarının genişləndirilməsindəki rolunu bir daha nümayiş etdirib.

diploma ceremony + id cards 26 2
diploma ceremony + id cards 26 3
diploma ceremony + id cards 26 4
diploma ceremony + id cards 26 5
diploma ceremony + id cards 26 6
diploma ceremony + id cards 26 7
diploma ceremony + id cards 26 8
diploma ceremony + id cards 26 9
diploma ceremony + id cards 26 10
diploma ceremony + id cards 26 11
diploma ceremony + id cards 26 12
diploma ceremony + id cards 26 13
diploma ceremony + id cards 26 14