1 həftə, 6 gün əvvəl

UFAZ-ın məzunlarına Strasburq Universitetinin diplomları təqdim olundu

diplomaaaaa vebsayt

Oktyabrın 16-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) builki məzunları üçün Fransanın Strasburq Universitetinin diplomlarının təqdimetmə mərasimi keçirildi. Tədbir “Kimya mühəndisliyi”, “Kompüter elmləri” və “Geologiya və geofizika mühəndisliyi” üzrə bakalavr, eləcə də “Data elmi və süni intelekt”, “Fiziki kimya/Kimya mühəndisliyi” və “Yer elmləri” üzrə magistratura ixtisaslarından məzun olan tələbələri bir araya gətirdi.

Tədbir UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və baş katib Martin Godonun açılış nitqi ilə başladı. Daha sonra məzunlardan biri, “Yer elmləri” magistr ixtisası üzrə təhsilini başa vuran Əli Quliyev çıxış edərək öz təcrübəsini və UFAZ-da əldə etdiyi biliklərin gələcək karyerasında necə rol oynayacağı barədə nitq söylədi. Daha sonra ixtisaslar üzrə bütün məzunlar səhnəyə dəvət edilərək diplomlarını aldılar.

Tədbirin növbəti mərhələsində Tədris departamentinin müdiri Səmra Şiriyeva birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərini təqdim etdi.

Bu tədbir, UFAZ və Strasburq Universiteti arasında güclü akademik əməkdaşlığın, tələbələrin beynəlxalq səviyyədə tanınan diplomlar əldə etməsinin və universitetin gələcək liderlər yetişdirmə missiyasının uğurla davam etdiyini nümayiş etdirdi.

2diplomaaaaa
3diplomaaaaa
4diplomaaaaa
5diplomaaaaa
6diplomaaaaa
7diplomaaaaa
8diplomaaaaa
9diplomaaaaa
10diplomaaaaa
11diplomaaaaa
12diplomaaaaa
13diplomaaaaa
14diplomaaaaa
15diplomaaaaa
16diplomaaaaa
17diplomaaaaa
18diplomaaaaa
20diplomaaaaa