6 saat əvvəl

UFAZ məzununun elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

Copy of Aynur Naghizade paper 26

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Fiziki kimya/kimya mühəndisliyi” üzrə magistratura proqramının məzunu Dr. Aynur Nağızadənin elmi məqaləsi nüfuzlu Q1 kateqoriyalı “Atmospheric Pollution Research” jurnalında dərc olunub.

Onun “Şəhər mühitində PM₁₀ hissəciklərində karboksil turşuları və fenolların mövsümi dəyişkənliyinin və mənbə ilə əlaqəli molekulyar marker profilinin araşdırılması” adlı məqaləsi şəhər atmosferində PM₁₀ hissəciklərinin tərkibindəki karboksil turşuları və fenol birləşmələrini araşdırır. Tədqiqatda bu birləşmələrin mövsümi dəyişkənliyi və əsas mənbələri öyrənilib. Eyni zamanda, onların atmosferdə hansı çevrilmə proseslərindən keçdiyi araşdırılıb.

Tədqiqat çərçivəsində karboksil turşuları və fenolik birləşmələrin şəhər atmosferində müxtəlif fəsillər üzrə davranışı və onların mənbə xüsusiyyətləri araşdırılıb. Tədqiqatın nəticələri atmosferdə PM₁₀ hissəciklərinin kimyəvi tərkibinin formalaşmasına təsir edən amillərin və müxtəlif çirklənmə mənbələrinin daha yaxşı anlaşılmasına töhfə verir.

PM₁₀ hissəciklərinin tərkibinin və mənbələrinin öyrənilməsi atmosfer çirklənməsinin xüsusiyyətlərinin müəyyənləşdirilməsi, hava keyfiyyətinin qiymətləndirilməsi və atmosferdə gedən kimyəvi proseslərin daha dərindən anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.sciencedirect.com/science/article/pii/S1309104226002813?via%3Dihub