2 gün, 7 saat əvvəl

UFAZ-da Strasburq Universitetinin tələbə biletlərinin təqdimatı və “Mövsüm bəy Xanlarov” və “Eyyub Tağıyev adına təqaüd” proqramlarının elan olunması mərasimi keçirilib

tədbirdən id 1

9 oktyabr tarixində Azərbaycan-Fransız Universitetində (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin (UNISTRA) tələbə biletlərinin təqdimetmə mərasimi baş tutub.

Tədbir UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və universitetin baş katibi Martin Qodonun açılış nitqi ilə başlayıb. Rəhbərlik çıxışlarında tələbələri UNISTRA tələbə kartlarını əldə etmələri münasibətilə təbrik edib, bu kartların onların Avropa ali təhsil sisteminə rəsmi inteqrasiyasını simvolizə etdiyini vurğulayıb.

Mərasim zamanı tələbə kartları həm bakalavr, həm də magistratura səviyyəsində təhsil alan tələbələrə ixtisaslar üzrə təqdim olunub. Tədbir UFAZ və Strasburq Universiteti arasında mövcud olan akademik əməkdaşlığın növbəti təzahürü kimi qiymətləndirilib.

Görüşün növbəti hissəsində təqaüd qazanan yuxarı kurs tələbələrinin adları açıqlanıb. Bakalavr səviyyəsi üzrə “Kompüter elmləri”, “Geologiya və geofizika mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Neft və qaz mühəndisliyi” və “Kimya” ixtisaslarında təhsil alan bir qrup tələbəyə “Mövsüm bəy Xanlarov” təqaüdünün veriləcəyi elan edilib. Hər bir tələbə aylıq 200 AZN məbləğində maliyyə dəstəyi alacaq. Bu isə onların akademik fəaliyyətlərini davam etdirməsinə və mükəmməllik səviyyəsini qorumasına yardımçı olacaq.

Magistratura pilləsində təhsil alan və ümumi orta müvəffəqiyyət göstəricilərinə görə fərqlənən tələbələrə isə “Eyyub Tağıyev adına təqaüd” təyin edilib. “Data elmi və süni intellekt”, “Fiziki kimya/Kimya mühəndisliyi” və “Yer elmləri” ixtisasları üzrə təhsil alan magistrantlar aylıq 250 AZN məbləğində təqaüdlə təmin ediləcəklər.

Bu təşəbbüslər, bir tərəfdən, UFAZ-da tələbələrin akademik nailiyyətlərinin qiymətləndirilməsi və mükafatlandırılması, digər tərəfdən isə onların sosial rifahının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

UFAZ rəhbərliyi təqaüd qazanmış bütün tələbələri ürəkdən təbrik edib, onlara gələcək elmi və peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Universitet əmindir ki, bu tələbələr öz sahələrinə və elmi-akademik icmaya əhəmiyyətli töhfələr verəcəklər.

tədbirdən id 2
tədbirdən id3
tədbirdən id5
tədbirdən id7
tədbirdən id9
tədbirdən id10
tədbirdən id11
tədbirdən id12
tədbirdən id 3
tədbirdən id13
tədbirdən id14
tədbirdən id15
tədbirdən id16