9 saat əvvəl

UFAZ-da 11-ci qəbul imtahanı keçirilib

UFAZ Entrance Exam  exam 26 20

İyulun 28-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2026-2027-ci tədris ili üçün bakalavriat pilləsi üzrə qəbul imtahanı keçirilib.

UFAZ-a qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanında I ixtisas qrupu üzrə 450 və daha artıq bal toplayan ümumilikdə 914 abituriyent qeydiyyatdan keçib. Onlardan 881-i imtahanda iştirak hüququ qazanıb, 712-si isə imtahanda iştirak edib.

İştirakçıların 546-sı Azərbaycan, 166-sı isə rus bölməsi üzrə imtahan verib. Onların 423-nü oğlan, 289-nu isə qız abituriyentlər təşkil edib.

İmtahan üçün UFAZ binasında 15-i Azərbaycan bölməsi, 5-i rus bölməsi, 1-i isə qarışıq olmaqda ümumilikdə 21 otaq ayrılıb. Prosesə 55 nəzarətçi və UFAZ əməkdaşları cəlb olunublar. Eyni zamanda, imtahan binasında tibbi personalın və polis xidmətinin fəaliyyəti təmin edilib.

Saat 10:00-da başlayıb 150 dəqiqə davam edən imtahanda abituriyentlər riyaziyyat, fizika, kimya, ümumi fənn bloku və ingilis dili fənləri üzrə biliklərini sınayıblar. İmtahan orta məktəb tədris dillərinə uyğun olaraq Azərbaycan və rus dillərində təşkil edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ümumi işlər üzrə prorektoru Elnur İsmayılov, Strasburq Universitetinin (Unistra) professoru, UFAZ-ın proqram meneceri Yanik Hoaro və digər nümayəndələr imtahan prosesini müşahidə edib, abituriyentlər üçün yaradılmış şəraitlə tanış olublar.

İmtahan nəticələri iyulun 30-da dərc ediləcək, iyulun 31-də isə abituriyentlərin apellyasiya müraciətlərinə baxılacaq. Yüksək nəticə göstərərək şərti qəbul alan və UFAZ-da təhsil alacağını təsdiqləyən şəxslərin qeydiyyatı 31 iyul və 3-6 avqust tarixlərində UFAZ binasında aparılacaq.

Qeyd edək ki, imtahan nəticələrindən asılı olaraq ümumilikdə 190 nəfər dövlət sifarişli əsaslarla UFAZ-a qəbul olunacaq. Bakalavriat pilləsində "Kompüter elmləri" ixtisası üzrə 60, "Kimya mühəndisliyi" üzrə 40, "Kimya" üzrə 30, "Neft və qaz mühəndisliyi" üzrə 30 və "Geologiya və geofizika mühəndisliyi" üzrə 30 yer ayrılıb.

759269012_18453912601142597_4432303913877241568_n  1q8
758671707_18453912463142597_7223164563783231497_n exam 26 1
759400513_18453912460142597_6576786652503334792_n exam 26 2
759745285_18453912466142597_7535799967302744309_n exam 26 3
759433632_18453912457142597_1833114254419445929_n exam 26 4
759775888_18453912475142597_3310839504052743009_n exam 26 5
759836371_18453912484142597_5697258995426893004_n exam 26 6
759514097_18453912493142597_4758861097386479276_n exam 26 7
759752065_18453912511142597_5584942904606270792_n exam 26 8
759321185_18453912502142597_8775380277012483538_n exam 26 8
759622110_18453912547142597_3720303519015920693_n exam 26 9
759349545_18453912544142597_6794167801128565919_n exam 26 10
759547737_18453912541142597_115643173017397102_n  12
759240542_18453912556142597_3692848802155772324_n  13
759503435_18453912538142597_995519913472536058_n  14
759508526_18453912565142597_877759722935285027_n  15
759955322_18453912580142597_4655254977052913964_n  16
759400508_18453912583142597_5639094832562860999_n  17
759823617_18453912592142597_6473849862649075024_n  18