9 saat əvvəl

UFAZ-da Tədqiqat Şurasının 6-cı iclası keçirilib

6th research council 26 1 main

Oktyabrın 28-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Tədqiqat Şurasının 6-cı iclası keçirilib. İclasda universitetin baş katibi Martin Qodon, UFAZ-ın koordinatoru və Strasburq Universitetinin (Unistra) vitse-prezidenti Jan-Mark Planeks, UFAZ-ın müəllim-koordinatoru və ADNSU-nun müəllim-tədqiqatçısı Dünya Babanlı, eləcə də ADNSU və Unistra-nın tədqiqat koordinatorları və UFAZ nümayəndələri iştirak ediblər.

İclasda Fransada təhsil alan doktorantlar üçün ADNSU tərəfindən maliyyələşdirilən təqaüdlərin icra vəziyyəti, tələbələrin seçilməsi və fəaliyyətlərinin monitorinqi, həmçinin Azərbaycan və Fransa universitetləri arasında birgə doktorantura proqramlarının inkişafı müzakirə olunub. Gənc tədqiqatçıların hazırlanması, laboratoriya əməkdaşlarının və mühəndislərin peşəkar inkişafı, UFAZ-ın tədqiqat qrantları üzrə mövcud vəziyyət və növbəti qrant müsabiqəsinin təşkili də gündəmdə olub.

Gənc tədqiqatçıların əmək müqavilələri ilə bağlı məsələlər və UFAZ məzunu olan gənc doktorların Fransadakı tərəfdaş laboratoriyalarda elmi fəaliyyətini davam etdirməsi üçün təklif olunan proqram ayrıca nəzərdən keçirilib. Tədqiqatçıların universitetlərarası əməkdaşlıq çərçivəsində fəaliyyət imkanlarının genişləndirilməsi də müzakirə mövzularından biri olub.

İclas zamanı davam edən elmi layihələr, o cümlədən Abşeron gölləri və Balaxanı-Suraxanı ərazilərində metal çirklənməsi ilə bağlı tədqiqatlar nəzərdən keçirilib. Qarabağ Universiteti ilə arxeometriya sahəsində əməkdaşlıq imkanları, mədəni irsin araşdırılmasında analitik kimya, geofizika və məsafədən zondlama metodlarının tətbiqi, eləcə də universitetlərin analitik laboratoriyalarının imkanlarının birgə istifadəsi müzakirə edilib.

Bununla yanaşı, 2027-ci il ərzində elmi konfrans və ya seminarların təşkili, həmçinin tədqiqat büdcəsinin icrası və növbəti il üçün maliyyə ehtiyacları ətrafında fikir mübadiləsi aparılıb.

6th research council 26 2
6th research council 26 3
6th research council 26 4
6th research council 26 5
6th research council 26 6
6th research council 26 7
6th research council 26 8
6th research council 26 9
6th research council 26 10
6th research council 26 11
6th research council 26 12