1 həftə, 3 gün əvvəl

UFAZ-da yağıntıların yol açdığı torpaq sürüşmələrinin modelləşdirilməsi üzrə elmi seminar keçirilib

WhatsApp Image 2025-12-04 at 13.33.11 main

Noyabrın 27-də Azərbaycan-Fransız Universitetində UFAZ-ın məzunu və Strasburq Universitetinin Geofizika üzrə fəlsəfə doktoru Dr. Rəşad Abbasovun təqdimatında “Fizikadan proqnoza: Yağıntıların törətdiyi torpaq sürüşmələrinin modelləşdirilməsi” mövzusunda elmi seminar keçirilib. Tədbir geofizika, geologiya mühəndisliyi və təbii fəlakətlərin qiymətləndirilməsi sahələrinə maraq göstərən tələbə, tədqiqatçı və akademik heyəti bir araya gətirib.

Dr. Abbasov yağış mənşəli torpaq sürüşmələrini idarə edən hidro-mexaniki proseslərin ədədi modelləşdirilməsinin təkmilləşdirilməsinə həsr olunmuş son tədqiqatlarını təqdim edib. Qlobal iqlim dəyişikliyi fonunda intensiv yağıntıların artdığı dövrdə bu mövzu daha da aktuallaşır. Təqdimatı göstərib ki, qabaqcıl hesablamalı modellər sürüşmə risklərinin daha dəqiq proqnozlaşdırılmasına və riskli ərazilərdə səmərəli qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaradır.

Təqdimatda tədqiqatın üç əsas mərhələsi izah edilib:

  1. Effektiv qeyri-müəyyənlik analizinin aparılması üçün çərçivənin hazırlanması:
    Hidro-mexaniki (HM) modellərin həm mürəkkəb, həm də məlumatlara çox həssas olması səbəbindən tədqiqatın ilk mərhələsində HM modellərindəki qeyri-müəyyənlikləri qiymətləndirmək üçün daha sürətli və etibarlı bir analiz çərçivəsi hazırlanıb. Bu çərçivə sahədən toplanan məlumatların az, qeyri-sabit və ya dəqiq olmadığı hallarda model nəticələrinin düzgün qiymətləndirilməsinə kömək edir.
  2. Tam qoşulmuş hidro-mexaniki modelin hazırlanması:
    Ənənəvi sürüşmə modellərində tez-tez tətbiq olunan sadələşdirmələr proqnozların dəqiqliyini azalda bilər. Bu məsələni aradan qaldırmaq üçün tədqiqatın ikinci mərhələsində doymamış torpaqlarda su axınını təsvir edən Riçards tənliyi və torpağın mexaniki davranışını izah edən Biot poroelastikliyi birləşdirilərək tam qoşulmuş hidro-mexaniki model yaradılıb. Model “COMSOL® Multiphysics” proqramında işlənib və həm nümunəvi testlər, həm də real sahə məlumatları ilə uğurla sınaqdan keçirilib.
  3. Səthi gərilmənin gərginlik hesablamalarına təsirinin qiymətləndirilməsi:
    Tədqiqatın son mərhələsində sürüşmə modellərində çox vaxt nəzərə alınmayan səthi gərilmə amilinin torpaqdakı effektiv gərginliyə necə təsir göstərdiyi araşdırılıb. Analiz göstərib ki, bu amilin modellərə daxil edilməməsi, xüsusilə doymamış torpaq şəraitində sürüşmənin nə vaxt baş verəcəyinə dair proqnozlarda ciddi səhvlərə səbəb ola bilər. Bu da səthi gərilmənin sürüşmə risklərinin qiymətləndirilməsində mühüm rol oynadığını göstərir.

Seminarın sonunda sual-cavab sessiyası keçirilib və iştirakçılar tədqiqatın sürüşmə risklərinin qiymətləndirilməsi, erkən xəbərdarlıq sistemləri və geotexniki mühəndislik tətbiqlərində mümkün istifadəsini müzakirə ediblər.

594071346_1507169127610287_4313903085118358727_n 1
594070405_1507169220943611_3800268159805345745_n 2
594070077_1507169047610295_8061183293723340878_n 3
591931202_1507169174276949_5002083317691915102_n 4
593326900_1507169044276962_8780712441583149319_n 5
593225804_1507169100943623_6611218121623439863_n 6
591830417_1507169180943615_4367451718549675686_n 7
594068117_1507169200943613_3683847844904443739_n 8