2 gün, 6 saat əvvəl
UFAZ-da "4-cü Sənaye İnqilabı üçün axın əsaslandırması" mövzusunda seminar keçirilib
30 oktyabrda UFAZ-da "4-cü Sənaye İnqilabı üçün axın əsaslandırması" mövzusunda seminar baş tutub. Seminarın spikeri, kompüter elmləri üzrə mütəxəssis Professor Sesiliya Zanni-Merk olub. Professor Zanni-Merk axın məlumatlandırma texnologiyaları və onların 4-cü sənayeni inkişaf etdirmədəki rolu barəsində öz biliklərini bölüşüb. Bu seminar tələbə və müəllim heyəti üçün izah edilə bilən süni intellekt və semantik texnologiyalar sahələrində ən müasir tədqiqatlarla tanış olmaq üçün dəyərli bir fürsətdir. Seminar dinamik sual-cavab sessiyası ilə başa çatıb. Ümumilikdə, tədbir iştirakçılar üçün faydalı bir müzakirə imkanı yaradıb.
Qeyd edək ki, Sesiliya Zanni-Merk, Normandiya Milli Tətbiqi Elmlər İnstitutunda professor və 2016-cı ildən bəri LITIS laboratoriyasında tədqiqatçı kimi fəaliyyət göstərir. O, 2004-cü ildə Eks Marsel Universitetində kompüter Elmləri üzrə doktorantura təhsili alıb. Güclü akademik təcrübəyə malik olan professor Zanni-Merk hazırda izah edilə bilən süni intellekt, qraflarda məntiqi nəticə çıxarma və təbii dilin işlənməsi mövzularında beş doktorantura işinə rəhbərlik etməkdədir.
Onun tədqiqat sahələri Bilik Mühəndisliyi, o cümlədən məntiqə əsaslanan biliklərin təmsili və nəticə çıxarma və semantik veb sahələrini əhatə edir, xüsusilə də problem həllinə tətbiq olunan konseptual təmsil və nəticə çıxarma proseslərinə maraq göstərir.
UFAZ-da o, Data elmi və süni intellekt üzrə magistratura proqramının menecerlərindən biri və Kompüter Elmləri tədqiqat komandasının koordinatoru kimi fəaliyyət göstərməkdədir.