7 saat əvvəl
UFAZ-da magistratura üzrə Açıq Qapı Günü keçirilib
Aprelin 17-də Azərbaycan-Fransız Universitetində (UFAZ) magistratura ixtisasları üzrə Açıq Qapı tədbiri keçirilib. Potensial tələbə və valideynlərin universitet rəhbərliyi və akademik heyətlə bir araya gəldiyi görüşdə UFAZ-ın tədris imkanları barəsində ətraflı məlumat verilib.
Tədbir UFAZ-ın icraçı direktoru, dos. Vazeh Əskərov və baş katib Martin Qodonun açılış nitqləri ilə başlayıb. Universitet haqqında təqdimat zamanı buradakı təhsilin üstünlükləri, ixtisaslar, qəbul qaydaları və qeydiyyat prosesi haqqında detallı məlumat çatdırılıb.
Daha sonra UFAZ-ın “Su ehtiyatlarının idarəedilməsi” üzrə magistratura ixtisasında təhsil alan Flora Ağalarova və “Fiziki kimya və kimya mühəndisliyi” ixtisasının tələbəsi Kamran Heydərov buradakı təhsil təcrübələrini auditoriya ilə bölüşüblər.
Tədbirin növbəti hissəsi sual-cavab sessiyasına həsr olunub. Tədris şöbəsinin müdiri Səmra Şiriyeva namizədlərdən gələn sualları cavablandırıb.