1 gün, 23 saat əvvəl

UFAZ-da “Village Français 2026” peşəkar inkişaf proqramı keçirilib

IMG_3689 village 26 1

İyunun 29-dan iyulun 3-dək Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Fransız İnstitutunun təşkilatçılığı ilə “Village Français 2026” peşəkar inkişaf proqramı keçirilib. 2006-cı ildən etibarən hər il təşkil olunan bu təşəbbüs 2024-cü ildən başlayaraq UFAZ-ın ev sahibliyi ilə reallaşdırılır.

Beş gün davam edən proqram çərçivəsində Azərbaycanın müxtəlif bölgələrini – Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Şamaxı, Şabran, Ağdaş və Kosalar kəndini təmsil edən 70-dən çox fransız dili müəllimi bir araya gəlib. Təlimlər Fransadan xüsusi olaraq dəvət olunmuş Université Francophonia və Université Lyon 2 ali təhsil müəssisələrinin dörd mütəxəssisi tərəfindən keçirilib.

Proqram iştirakçıları fransız dili qrammatikası, incəsənətin tədris prosesində tətbiqi, müasir fransız musiqisindən tədris vasitəsi kimi istifadə və müasir Fransa cəmiyyətinin xüsusiyyətləri kimi mövzuları əhatə edən təlim modullarında iştirak ediblər. Bununla yanaşı, proqram çərçivəsində mədəni və maarifləndirici tədbirlər də təşkil olunub.

Tədbirin son günü ərzində proqramın yekunları müzakirə olunub, iştirakçılar arasında püşkatma keçirilib və qalibə Fransanın Nitsa şəhərində bütün xərcləri qarşılanan 15 günlük peşəkar inkişaf proqramında iştirak etmək imkanı təqdim edilib.

Bağlanış mərasimində Fransanın Azərbaycandakı səfiri Sofi Laqut, UFAZ-ın icraçı direktoru Vəzeh Əskərov və “TotalEnergies” şirkətinin nümayəndəsi Anar Rəsulovun iştirakı ilə iştirakçılara sertifikatlar təqdim olunub.

“Village Français 2026” proqramı fransız dili müəllimlərinin peşəkar bilik və bacarıqlarının inkişafına, həmçinin Azərbaycan ilə Fransa arasında təhsil və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verib.

IMG_4803 village 26 2
IMG_3636 village 263
IMG_3640 village 26 4
IMG_3709 village 265
IMG_4801 village 266
IMG_4802 village 267
IMG_3716 village 269