9 saat əvvəl

UFAZ tələbələri üçün karyera inkişafına yönəlmiş “KLAB” layihəsinə start verilib

3P7A9937 klab project by cc 26 1

Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələrin şəxsi və peşəkar inkişafının dəstəklənməsi, onların əmək bazarına hazırlığının gücləndirilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı ilə əməkdaşlıq çərçivəsində “KLAB” (Karyera Laboratoriyası) layihəsinə start verilib.

Bir neçə həftə davam edəcək layihə çərçivəsində UFAZ tələbələri üçün onların təhsil aldıqları kurs və karyera mərhələlərinə uyğun olaraq müxtəlif mövzuları əhatə edən təlimlər keçirilir. Təlim proqramı tələbələrin universitetdə təhsillərinin ilk ilindən məzuniyyət mərhələsinə qədər karyera inkişafını mərhələli şəkildə dəstəkləmək məqsədi daşıyır.

Layihə çərçivəsində ümumilikdə 8 modul üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Birinci kurs tələbələri üçün “Özünütanıma” və “Potensialın kəşfi”, ikinci kurs tələbələri üçün “Əmək bazarının təhlili” və “Karyera məqsədlərinin təyini və fəaliyyət planı”, üçüncü kurs tələbələri üçün “İş mühitində effektiv kommunikasiya” və “Komanda işi və adaptasiya bacarıqları”, dördüncü kurs tələbələri üçün isə “Peşəkar CV hazırlığı” və “Müsahibə texnikaları” mövzularında təlimlər təşkil olunur.

Təlimlər zamanı tələbələrin öz potensiallarını daha yaxşı tanımaları, karyera məqsədlərini müəyyənləşdirmələri, əmək bazarının tələblərini anlamaları, effektiv kommunikasiya və komanda işi bacarıqlarını inkişaf etdirmələri, həmçinin işə qəbul prosesinə daha hazırlıqlı olmaları hədəflənir.

3P7A9923  klab project by cc 26 2
3P7A9976 klab project by cc 26 3
3P7A9958  klab project by cc 26 4
3P7A9935  klab project by cc 26 5
3P7A9944 klab project by cc 26  7
3P7A9916  klab project by cc 26 8