3 həftə, 1 gün əvvəl

UFAZ-ın Müəllimi və Doktorantı Elmi Konfransda İştirak Ediblər

icam 2025 1

Azərbaycan-Fransız Universitetinin müəllimi Rabi Əmhaz iyunun 18-19-da Strasburqda keçirilən “Icam International Research Days 2025” tədbirində iştirak edib.

Elmi tədqiqatlar, əməkdaşlıq və beynəlxalq təcrübə mübadiləsinə şərait yaradan tədbirdə enerji istehsalı və saxlanması, innovativ strukturlar və materiallar, həmçinin rəqəmsal sənaye keçidi və sosial məsuliyyət kimi mövzular müzakirəyə çıxarılıb. Rabi Əmhaz tədbirin “Sənayedə Rəqəmsal Keçid” adlı sessiyasına rəhbərlik edib.

“Icam”, “Hochschule Offenburg”, “ICube” laboratoriyası, Şarl Sadron İnstitutu, Strasburq Universiteti və “France 2030” kimi prestijli əməkdaşlar tərəfindən təşkil edilən tədbirdə UFAZ-ın “Cotutelle” proqramı, “Kompüter elmləri” sahəsi üzrə doktorantı Rauf Fətəli də təqdimatla çıxış edib.

Konfrans beynəlxalq əməkdaşlığa və innovativ texnologiyaların tətbiqinə töhfələr verib.

icam 2025  2