4 gün, 7 saat əvvəl

UFAZ-ın Müəlliminin Elmi Məqalələri Beynəlxalq Jurnallarda Dərc Olunub

Copy of UFAZ research alumni journey TEMPLATE

Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Gülyaz Nəcəfovanın iki elmi məqaləsi nüfuzlu beynəlxalq jurnallarda dərc olunub. Onun tədqiqatları β-amiloyid peptidlərinin konformasional və struktur xüsusiyyətlərinin öyrənilməsinə həsr olunub və bu araşdırmalar Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin mexanizmlərinin daha dərindən izahı baxımından böyük əhəmiyyət daşıyır.

“Membran mühitinə bənzər şəraitdə β‑amiloid peptidinin (25‑35) məkan strukturunun dairəvi dişroizm spektroskopiyası ilə tədqiqi” adlı ilk məqalə “Tətbiqi Spektroskopiya Jurnalı”nda dərc olunub. “Sintetik β‑amiloid peptidinin (25‑35) analoqlarının konformasional tədqiqi” adlanan digər tədqiqat işi isə “Qabaqcıl Fiziki Tədqiqatlar Jurnalı”nda işıq üzü görüb.

UFAZ kollektivi olaraq tədqiqatçı-müəllimimiz Gülyaz Nəcəfovanı bu elmi nailiyyəti münasibətilə təbrik edir, ona gələcək elmi fəaliyyətində daha böyük uğurlar arzu edirik!

gulyaz m2
gulyaz m 3