6 gün, 7 saat əvvəl

UFAZ rəhbərliyi ilə Tələbə Şurası arasında görüş keçirilib

student council

Azərbaycan-Fransız Universitetinin İcraçı direktoru, dosent Vazeh Əskərov universitetin yeni tərkibdə formalaşmış Tələbə Şurası ilə görüşüb.

İclasda şura üzvləri özlərini təqdim edərək ixtisasları, iştirak etdikləri tələbə klubları, peşəkar təcrübə topladıqları şirkətlər və fərdi nailiyyətləri barədə məlumat verdilər.

Görüşün növbəti hissəsində tələbələr təkliflərini səsləndirdilər. Müzakirə olunan mövzular arasında təqaüd, istehsalat təcrübəsi, sənaye liderləri ilə əməkdaşlıq, gənc tələbələrin məşğulluq imkanları, karyera sərgilərinə marağın artması, tələbələrin UFAZ-ın daxili strukturlarında təcrübə proqramına cəlb olunması, həmçinin yerli və beynəlxalq müsabiqələrdə iştirakın və tələbə startaplarının dəstəklənməsi məsələləri yer aldı.

Dosent Vazeh Əskərov tələbələrə hansı istiqamətlərdə dəstək göstərilə biləcəyi barədə ətraflı məlumat verdi, onların təkliflərini qeydə aldı və fəaliyyətlərində uğurlar arzuladı.

İclas yekunlaşdıqdan sonra xatirə fotosu çəkildi.

2styud councio
3styud councio
4styud councio
5styud councio
6styud councio
7styud councio
8styud councio
9styud councio