1 il, 6 ay əvvəl

Kimya elmləri doktoru, dosent Dünya Babanlı Fransada ezamiyyətdə olub

IMG_4082 (1)-min

Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya müəllimi, k.e.d., dosent Dünya Babanlı Fransada elmi ezamiyyətdə olub. Noyabrın 22-dən dekabrın 8-dək davam edən səfər Fransa səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Səfərin əsas məqsədi Fransanın Strasburq Universiteti (UNİSTRA) və Milli Elmi-tədqiqat mərkəzi (CNRS) ilə UFAZ arasındakı elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də gələcək birgə tədqiqatların planlaşdırılması olmuşdur. Elmi ezamiyyət zamanı o, Strasburq Universitetinin laboratoriyasında dərslər keçib, eyni zamanda Professor Filip Turekin rəhbərliyi ilə CNRS-in Materiallar Fizikası və Kimyası İnstitutunda (İPCMS), həmçinin Molekulyar Maddələrin Optik və Maqnit Xassələri (POMAM) elmi-tədqiqat mərkəzi, orada hazırda aparılan tədqiqat işləri ilə, eləcə də mövcud olan avadanlıqlarla yaxından tanış olub.

Qeyd edək ki, Dünya Babanlı İPCMS-in və UFAZ-ın birgə doktorantı olan Fuad Səfərovun Azərbaycandan olan elmi rəhbəridir. Səfər zamanı D.Babanlı İPCMS-in “Nanomiqyasda maqnetik materiallar” laboratoriyasının elmi tədqiqatçısı Dr.Bohdan Kundys ilə görüşlər keçirərək birgə doktorantları olan Fuad Səfərovun eksperimental tədqiqatlarını və həmin tədqiqatlar çərçivəsində gələcək əməkdaşlığı müzakirə edib.

IMG_4075
thumbnail_IMG_4110 (1)-min