6 gün, 13 saat əvvəl

UFAZ Dövlət İmtahan Mərkəzinin Karyera Sərgisində Təmsil Olunub

dim fair 1

30 iyul – 1 avqust tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi təşkil olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti sərgidə çıxış edərək potensial tələbələri və onların valideynlərini təhsil imkanları barəsində məlumatlandırıb.

Ziyarətçilər UFAZ-ın qəbul prosesi, ikili diplom fürsəti, tədris proqramı, maddi-texniki bazası, ödənişsiz təhsil imkanı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab alıblar. 40-a yaxın dövlət və özəl ali təhsil müəssisələrinin təmsil olunduğu sərgidə, həmçinin, UFAZ-ın təklif etdiyi təhsil imkanlarına dair təqdimat nümayiş olunub.

2 dim fair
3 dim fair
4 dim fair
5 dim fair
6 dim fair