1 ay əvvəl

UFAZ-ın tələbəsi ASPG konfransında birinci yerə layiq görülüb

680053062_1631648521829013_7330864310652691202_n nuru 4

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Neft və qaz mühəndisliyi” ixtisası üzrə tələbəsi Nuru Qasımov ASPG konfransında təqdim etdiyi elmi tədqiqat işi ilə birinci yerə layiq görülüb.

Konfransda Nuru Qasımov sedimentar sistemlərdə üzvi maddənin qorunması baxımından goetit mineralının lepidokrositə çevrilməsi və bu prosesin təsirlərinə dair araşdırmasını təqdim edib. Tədqiqatda dəmir oksihidroksidlərində baş verən mineral transformasiyaların üzvi maddənin saxlanılması və ya sərbəst buraxılması prosesinə təsiri analiz olunur. Bu isə öz növbəsində neft sistemlərinin effektivliyi və karbohidrogen potensialının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Araşdırma Dr. Elşən Abdullayevin elmi rəhbərliyi altında aparılıb və bütün eksperimental işlər UFAZ-ın tədris laboratoriyalarında həyata keçirilib.

Nuru Qasımovu bu nailiyyəti münasibətilə təbrik edir, tədqiqat sahəsində uğurlarının davamlı olmasını diləyirik!

682291291_1631648551829010_8771758062180662396_n nuru 1
683175168_1631648741828991_8892604998224862953_n nuru 3
680129949_1631648601829005_3641722432317722307_n nuru 2