1 gün, 11 saat əvvəl

UFAZ-ın tələbəsi Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsinin qalibi olub

linkedin career center vebsayt 26 huma

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kimya mühəndisliyi" ixtisası üzrə tələbəsi Aliyə Kurmayeva Humayın “Xəyaldan gerçəyə” (Yaz 2026) təqaüd müsabiqəsinin qalibləri sırasında yer alıb.

Azərbaycanda və xaricdə bakalavriat, magistratura və doktorantura təhsili alan və ya almaq istəyən gənclər üçün təşkil olunan müsabiqəyə ümumilikdə 74 ərizə təqdim edilib. Texniki qiymətləndirmə mərhələsini uğurla keçən namizədlər arasından müsahibə nəticələrinə əsasən, 12 nəfər qalib seçilib.

Müsabiqənin ilkin mərhələsində 4 qalibin müəyyənləşdirilməsi nəzərdə tutulsa da, namizədlərin yüksək nəticələri və Himayəçilik Şurasının qərarı ilə qaliblərin sayı 12-yə çatdırılıb. Qaliblərin hər birinə 2 500 AZN məbləğində təqaüd təqdim olunub.

Aliyə Kurmayevanı bu uğuru münasibətilə təbrik edir, ona təhsilində və gələcək akademik fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.