4 həftə, 2 gün əvvəl

UFAZ-ın Tələbəsi Kriptovalyuta Mütəxəssislərinin Bakı Görüşündə Spiker Kimi Çıxış Etdi

binance qiz 1

Azərbaycan-Fransız Universitetinin “Data Elmi və Süni İntellekt” ixtisası üzrə magistrantı Mələkxanım Rüstəmova “Binance” kriptovalyuta birjasının Bakıda təşkil etdiyi icma görüşündə spikerlərdən biri oldu.

1200-dən çox iştirakçının qatıldığı tədbir kriptovalyutanın gələcəyi, blokçeyn texnologiyalarının inkişafı və tətbiq sahələri ilə bağlı müzakirələrlə yadda qaldı. 2017-ci ildən fəaliyyət göstərən “Binance” kriptovalyuta ekosistemi investorları, tədqiqatçıları və proqram tərtibatçılarını bir araya gətirərək qlobal bilik paylaşımını və innovativ təşəbbüsləri dəstəkləyən beynəlxalq platformadır.

Mələkxanım Rüstəmova tədbirdə “Binance Angel” proqramı çərçivəsində çıxış etdi. Təxminən bir ildir, Azərbaycanda aktiv olan bu proqram, kriptovalyuta və blokçeyn texnologiyalarına maraq göstərən şəxslər üçün nəzərdə tutulmuş könüllü təşəbbüsdür. “Angel”lar icma daxilində istifadəçilərə dəstək verir, maarifləndirmə aparır və texnoloji inkişafda iştirak edirlər.

Mələkxanım Rüstəmova hazırda öz biliklərini kriptovalyuta sahəsində tətbiq etmək, blokçeyn proseslərinin avtomatlaşdırılması və optimallaşdırılmasında süni intellekt texnologiyalarından istifadə üzərində çalışır.

Mələkxanıma daha böyük səhnələrdə çıxış etməyi və parlaq ideyalarını gerçəkləşdirməsində uğurlar arzulayırıq!

binance qiz 2y
binance qiz 3y
binance qiz 4y
binance qiz 5y
binance qiz 6y