1 həftə, 2 gün əvvəl

UFAZ-ın tələbəsi Türkiyədə dayanıqlı sənaye üzrə praktik təcrübə toplayıb

news zemfira vebbi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beş tələbəsi, o cümlədən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Neft və qaz mühəndisliyi” ixtisası üzrə tələbəsi Zemfiraxanım Nəsirli Türkiyənin Çanaqqala şəhərində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə işbirliyi çərçivəsində təşkil olunan texniki təlim proqramında iştirak edib.

19 iyul - 3 avqust tarixlərini əhatə edən proqram ADNSU və TİKA arasında davam edən əməkdaşlığın bir hissəsi olaraq həyata keçirilib. Təlim müddətində iştirakçılar sənaye istehsalı prosesləri, əmək təhlükəsizliyi qaydaları, istehsalatda tullantıların idarə olunması və təkrar emalı, “yaşıl enerji” həlləri və dayanıqlı istehsal təcrübələri üzrə praktik məşğələlərdə iştirak ediblər. Eyni zamanda, onlar ISO 14001 standartları da daxil olmaqla, ətraf mühitin idarəetməsi sistemləri və sənaye müəssisələrində tətbiq olunan enerji səmərəliliyi texnologiyaları ilə bağlı ətraflı məlumat əldə ediblər.

Zemfiraxanım Nəsirli polad istehsalı müəssisələri, günəş paneli sahələri, külək turbinləri və Kənd Təsərrüfatı Kredit Kooperativi Bazarı obyektlərinə texniki səfərlər edərək dayanıqlı sənaye təcrübələrinin yerində tətbiqi ilə yaxından tanış olub. O, komanda yoldaşları ilə birlikdə “Polad istehsalı müəssisələrində ağıllı enerji bərpa texnologiyaları ilə enerji səmərəliliyinin artırılması: piezoelektrik sistemlərin tətbiqi” mövzusunda hazırladıqları layihəni də təqdim edib.

Bu əməkdaşlıq proqramının Zemfiraxanıma dəyərli bilik və praktiki təcrübələr qazandırdığına inanır, ona gələcək sahə fəaliyyətində uğurlar arzulayırıq!

zsemze4m2
zsemze4m3
zsemze4m4
zsemze4m5
zsemze4m6