3 həftə, 2 gün əvvəl

UFAZ tələbəsi Benjamin Franklin Transatlantik Təqaüd Proqramında iştirak üçün seçilib

431582265_1014306936896511_678815499953842682_n

UFAZ-da kimya mühəndisliyi üzrə təhsil alan Əmirəli Eyvazlı Benjamin Franklin Transatlantik Təqaüd Proqramında iştirak üçün seçilib. Qeyd edək ki, hər il Azərbaycandan edilən çoxsaylı müraciətlər arasından yalnız bir tələbə bu proqrama seçilir. Benjamin Franklin Transatlantik Təqaüdü gənc avropalılar və amerikalılar arasında münasibətləri gücləndirmək, ortaq dəyərlərin fərqindəliyini artırmaq məqsədi daşıyan qısamüddətli intensiv mübadilə proqramıdır. Proqram müddətində Əmirəli demokratik təcrübələr, münaqişələrin həlli, problem həlletmə, ünsiyyət, tənqidi düşüncə, liderlik, komanda ilə işləmə bacarıqlarını inkişaf etdirəcək, həmçinin müxtəlifliyə hörmət və tolerantlıq və media kimi müxtəlif mövzular üzrə müzakirələrdə iştirak etmək fürsəti qazanacaq.