3 gün, 15 saat əvvəl

UFAZ-ın tələbəsi Yaponiyada beynəlxalq robototexnika yarışında iştirak edib

625572347_1557039735956559_504912760952760845_n fi3

Azərbaycan komandaları dekabrın 6-7-də Yaponiyanın Tokio şəhərində keçirilən “All Japan Robot Sumo Tournament Grand Final 2025” yarışında uğurla çıxış edib. Yarışda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “AİRO 2025” müsabiqəsinin qaliblərindən ibarət gənclər komandaları iştirak edib.

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə tələbəsi Fidan Allahverdiyeva da qaliblərdən biri kimi komandada yer alaraq beynəlxalq arenada ölkəmizi təmsil edib. O, “AD-ASTRA” komandasında “Mega Sumo 3 kg Auto” kateqoriyasında iştirak edib. “AD-ASTRA” 113 komanda arasında uğurla çıxış edərək ilk mərhələləri keçib və 1/16 finaladək yüksəlib.

Fidan və komandası hazırladıqları robotun texniki dizaynı, mexaniki dayanıqlığı, sensorlarının dəqiqliyi və döyüş strategiyası baxımından münsiflər tərəfindən yüksək qiymətləndirilib. Komanda üzvləri həmçinin “All Japan Robot Sumo Tournament”in təşkilat heyəti ilə görüşərək beynəlxalq əməkdaşlıq imkanları, robototexnika sahəsində təcrübə mübadiləsi və gələcək layihələr barəsində müzakirələr aparıblar.

Bu səfər Fidan Allahverdiyeva üçün təkcə yarış təcrübəsi deyil, həm də beynəlxalq əlaqələr qurmaq, yeni texnologiyalar və strategiyalar öyrənmək baxımından əhəmiyyətli olub. UFAZ tələbəsini bu nailiyyəti münasibətilə ürəkdən təbrik edirik.

625989981_1557039425956590_7287166921817002209_n fi1
625958962_1557039489289917_4656290906828555362_n fi2
626069606_1557039772623222_4180116880477237143_n fi4