1 gün əvvəl

UFAZ-ın tələbəsi Qusarda təşkil edilmiş təlim düşərgəsində iştirak edib

ktn _235 bootcam p gusar

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisasında təhsil alan Hüseyn Balayev Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Qusar rayonunda təşkil olunmuş təlim düşərgəsində iştirak edib.

14-15 avqust tarixlərində keçirilmiş təlim düşərgəsinin əsas məqsədi gənclərin aqrar innovasiya və startap ekosisteminə cəlb edilməsi, süni intellekt və rəqəmsal texnologiyalar əsasında aqrar sahə üçün innovativ həllərin hazırlanması və onların praktik tətbiqinə dəstək göstərilməsi olub.

Proqram çərçivəsində müxtəlif ali təhsil müəssisələrini təmsil edən iştirakçılar öz startap layihələrini təqdim ediblər. Hüseyn Balayev təlim düşərgəsində “OrchardGuard AI” adlı layihəsi ilə çıxış edib. Süni intellekt əsaslı layihə ilkin mərhələdə Quba-Qusar regionunda yerləşən alma bağlarında şaxta və dolu risklərinin əvvəlcədən müəyyənləşdirilməsi və mümkün zərərin qiymətləndirilməsinə yönəlib.

“OrchardGuard AI” hava şəraiti və təsərrüfata dair məlumatları təhlil edərək bağların ayrı-ayrı sahələri üzrə şaxta və dolu riskləri barədə əvvəlcədən xəbərdarlıq etməyi nəzərdə tutur. Layihə həmçinin zərər baş verdikdə fermerlər tərəfindən geolokasiya və vaxt məlumatları ilə qeydə alınmış fotoşəkillərin təqdim edilməsinə və onların kompüter görmə texnologiyaları vasitəsilə təhlilinə imkan yaradır.

Sistem meyvə və ağaclarda görünən zədələnmələri analiz edərək ilkin strukturlaşdırılmış hesabat formalaşdırır. Bu yanaşmanın kənd təsərrüfatı sığortası çərçivəsində mövcud zərərin qiymətləndirilməsi prosesinin daha sürətli və sənədləşdirilmiş şəkildə aparılmasına dəstək olması hədəflənir.

Layihədə süni intellektdən həm meteoroloji və relyef məlumatları əsasında risklərin proqnozlaşdırılmasında, həm də kompüter görmə texnologiyaları vasitəsilə aqrar zərərlərin təsnifatında istifadə olunur. “OrchardGuard AI” sığorta üzrə ekspertləri əvəz etməyi deyil, fermerlərin risklərə daha erkən reaksiya verməsinə və zərərin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsinə dəstək olmağı qarşıya məqsəd qoyur.

Qeyd edək ki, düşərgə çərçivəsində təşkil olunan infoturlar zamanı Hüseyn Balayev “Amoris”, “METAK” və “İsmikhanli” təsərrüfatlarında istehsal prosesləri ilə tanış olub.

IMG_4146.JPG bootcam p gusar
775471465_1115612470953437_2167479411389168259_n.jpg bootcam p gusar
ktn _90 bootcam p gusar
IMG_7695 (1) bootcam p gusar
IMG_7694 bootcam p gusar
IMG_7647 bootcam p gusar