1 gün, 15 saat əvvəl
UFAZ-ın tələbəsi Çində beynəlxalq “Smart Chinese” yay təcrübə proqramında iştirak edir
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Neft və qaz mühəndisliyi” ixtisası üzrə tələbəsi Asif Rzayev hazırda Çində yerləşən Pekin Texnologiya İnstitutunda (Beijing Institute of Technology) təşkil edilən “Smart Chinese” beynəlxalq yay təcrübə proqramında iştirak edir.
8-29 iyul tarixlərini əhatə edən proqram süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası prinsiplərinə əsaslanır. Proqram çərçivəsində iştirakçılar süni intellektdən istifadə etməklə öyrənmə metodları, informasiya texnologiyaları, Çin dili və mədəniyyəti üzrə dərslərdə iştirak edir, eyni zamanda beynəlxalq mühitdə bilik və təcrübələrini inkişaf etdirirlər.
Proqram Asif Rzayevin peşəkar biliklərini yeniləmək, müxtəlif ölkələrdən olan mühəndis və proqramçılarla təcrübə mübadiləsi aparmaq baxımından dəyərli imkan yaradıb. Hazırda o, Çin dilinin əsaslarını öyrənməyə başlayaraq HSK1 səviyyəsi üzrə təhsil alır və gündəlik ünsiyyət bacarıqlarını inkişaf etdirir. Bununla yanaşı, beynəlxalq iştirakçılarla həyata keçirilən müzakirələr və əməkdaşlıq sayəsində qlobal informasiya texnologiyaları sahəsində yeni yanaşmalar və təcrübələrlə yaxından tanış olur.
Bu beynəlxalq akademik proqramda fəal iştirakın Asifin peşəkar və şəxsi inkişafına mühüm töhfə verəcəyinə inanırıq.