1 həftə, 5 gün əvvəl

UFAZ-ın tələbəsi CERN Yay Tələbə Proqramına seçilib

linkedin career center VEBBİEE 3

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə tələbəsi Asiman İsmayılova dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biri olan CERN-in 2026-cı il Yay Tələbə Proqramına qəbul olunub.

10 mindən çox müraciət arasından seçilən Ayan İsmayılova bu yay səkkiz həftə ərzində İsveçrənin Cenevrə şəhərində yerləşən CERN-də fəaliyyət göstərəcək. Proqram çərçivəsində o, Böyük Adron Toqquşdurucusunun (LHC) LHCb eksperimentində hissəcik fizikası simulyasiyalarının sürətləndirilməsi məqsədilə süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi üzərində çalışacaq.

Qeyd edək ki, CERN müasir fizika sahəsində aparıcı elmi mərkəzlərdən biri olmaqla yanaşı, “World Wide Web” texnologiyasının yarandığı məkan kimi də tanınır. Burada hər il nəhəng həcmdə elmi məlumatlar emal edilir və süni intellekt texnologiyaları kainatın fundamental qanunlarının öyrənilməsində mühüm rol oynayır.

Ayan İsmayılovanı bu mühüm nailiyyət münasibətilə təbrik edir, ona CERN-dəki elmi fəaliyyətində və gələcək karyerasında yeni uğurlar arzulayırıq.