1 il, 6 ay əvvəl
UFAZ tələbələri “Autumn Digital EU4Energy” həftəsində iştirak edib

2-6 oktyabr 2023-cü il tarixlərində hər il baş tutan proqramının bir hissəsi olaraq, EU4Energy Proqramı Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın Şərq Tərəfdaşlığı (ŞT) universitetləri üçün enerji, hüquq, ətraf mühit və iqtisadiyyat sahələrində təcrübəyə malik tələbələri üçün Aİ-yə üzv dövlətlətlərin enerji ekspertləri ilə Aİ enerji bazarının müxtəlif aspektlərini və onun tənzimlənməsi prinsiplərininin müzakirə edildiyi “Autumn Digital EU4Energy” həftəsini təşkil edib. “2023 Rəqəmsal Həftə”-nin əsas mövzusu enerji məsələlərinin geniş spektrini əhatə etməyə imkan verən “keçid” idi. Tədbir onlayn baş tutub.
UFAZ-ın 10 tələbəsi də Aİ ekspertlərinin mühazirə və təqdimatlarını dinləmək, sual vermək imkanı əldə ediblər. Tədbirin son günü müsabiqə ilə yekunlaşıb və sessiyalarda iştirak edən bütün tələbələr sessiyalar zamanı əhatə olunmuş materiallar əsasında sınaq imtahanı verməyə dəvət olunub.
UFAZ 1-ci kurs Kompüter Elmləri üzrə təhsil alan tələbəsi Rəşid Hüseynov final testində qalib gələrək Belçikada təlim keçmək imkanı qazanıb.
Rəşidi təbrik edir və onun təəssüratlarını paylaşırıq: “5 günlük dərslər çox informativ idi. Enerji məsələləri, istehsalı, paylanması və istifadəsinin həm elmi, həm də iqtisadi amilləri ilə bağlı biliklərim artdı. Mütəxəssislər çox hərtərəfli idilər, bütün suallarımı cavablandırdılar. İmtahan gərgin keçdi, amma mən qalib gəldim. Buna görə çox şadam”.