4 gün, 1 saat əvvəl

UFAZ-ın Tələbələri Bakı Enerji Həftəsində öz Startapları ilə Aktiv Şəkildə İştirak Etdilər

bakı enerji hıftəsi 1

İyunun 2-4-də 30-cu dəfə baş tutan Bakı Enerji Həftəsi beynəlxalq və regional səviyyədə enerji sahəsinin nümayəndələrini bir araya gətirdi. Bu dəfə tədbir 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u özündə birləşdirdi.

Sərgilər çərçivəsində fəaliyyət göstərən startap zonasında Azərbaycan-Fransız Universitetinin tələbələri də iştirak etdilər. UFAZ tədbirdə “Algenix”, “Ch4nge”, “Slay”, “Purnois”, “Knut Energy and Knut Fuel” startapları ilə təmsil olundu. Bu, tələbələrə öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etməsi üçün imkan yaratdı. Ənənəvi enerji, yaşıl enerji və neft-qaz məsələləri üzrə startaplar bu sahələrdəki yeni təşəbbüsləri diqqətə çatdırdı.

Ənənəvi enerji növlərindən yaşıl enerji yeniliklərinə qədər mövzuları əhatə edən tədbirin məqsədi Azərbaycanın enerji təhlükəsizliyi və ətraf mühitə qarşı məsuliyyətin gücləndirilməsi idi. UFAZ tələbələrinin öz layihələrini təqdim etməsi isə onlar üçün olduqca maraqlı və unudulmaz təcrübə oldu.

bakı enerji hıftəsi
bakı enerji hıftəsi  3
bakı enerji hıftəsi  4
bakı enerji hıftəsi  5
bakı enerji hıftəsi  6