4 gün, 5 saat əvvəl

UFAZ-ın tələbələri “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibləri sırasında yer alıblar

For ASOIU Backcell scholarship (Presentation) vabbieee

Azərbaycan-Fransız Universitetinin (UFAZ) dörd tələbəsi Azərbaycan Respublikasının Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının ilk qalibləri sırasında yer alıb.

Proqram ölkədə innovasiya ekosisteminin inkişafına, gənclərin texnologiya sahəsində bilik və bacarıqlarının artırılmasına, eləcə də rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına töhfə verməyi hədəfləyir. Təqaüd proqramına ümumilikdə 1851 müraciət daxil olub və iştirakçılar bir neçə seçim mərhələsindən keçərək öz bilik və potensiallarını nümayiş etdiriblər. İlkin mərhələdə seçim prosesini uğurla tamamlayan 25 gənc təqaüd qazanıb.

Qaliblər arasında UFAZ-ın “Neft və qaz mühəndisliyi” ixtisasının tələbəsi Tayfun Kazımov, “Kompüter elmləri” ixtisasının tələbələri Fidan Allahverdiyeva, Vəliəddin Əliyev və Rəvan Əlipaşayev də var.

Təqaüd proqramı çərçivəsində iştirakçılar süni intellekt, data analitikası, proqramlaşdırma, proqram təminatı və UI/UX dizaynı istiqamətlərində praktik bilik və bacarıqlar əldə edəcək, real layihələr üzərində çalışaraq gələcəyin peşələri üzrə dəyərli təcrübə qazanacaqlar.

UFAZ tələbələrini bu uğur münasibətilə təbrik edir, onlara proqram çərçivəsində yeni nailiyyətlər arzulayırıq.