1 il, 6 ay əvvəl

UFAZ tələbələri “100 illik - ∞” Tələbə Təqaüd Proqramının qalibləri oldular

honors (3) (1)

UFAZ tələbələri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən elan edilən “100 illik - ∞” Tələbə Təqaüd Proqramı çərçivəsində keçirilən müsabiqədə seçilən 100 nəfər qalib sırasında yer alıblar. UFAZ-ın Neft və qaz mühəndisliyi ixtisası üzrə tələbəsi Fərəhnaz Otubide Əhmədi və Kompüter elmləri ixtisası üzrə tələbəsi Cavid Sadıqlı seçilən tələbələr arasında ilk 10-luğa daxil olublar.

Qaliblər 26 Noyabrda Bakı Konqres Mərkəzində İlber Ortaylı və Celal Şengörün iştirakı ilə keçirilən ‘’Dünyada mövcud beyin köçü’’ konfransı zamanı elan edilib. İlk 100-luğa daxil olan tələbələrə sertifikatlar və pul mükafatı təqdim edilib. Proqramın məqsədi tələbələrə təhsil həyatınlarında dəstək olmaq və motivasiya etməkdir.