Müsabiqə

1 il, 8 ay əvvəl

UFAZ tələbələri ClimateLaunchpad 2023 finalında

Climatelaunchpad1

Avqustun 19-da UFAZ tələbələrinin (Ömər Nuruzadə, Sənan Çaharkamə və Rəsul Əmirov) Nexus startapı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə "Social Innovation Lab" tərəfindən təşkil olunmuş "ClimateLaunchpad 2023" müsabiqəsinin milli finalında 2-ci yeri qazanıb.

UFAZ-ın digər komandası - UpServe (Əfsanə Quliyeva, Riad Mirzəyev və Ləman Mahmudova) 3-cü yerə layiq görülüb.

Nexus və UpServe komandaları Azərbaycanı daha bir startapla birlikdə "ClimateLaunchpad 2023" müsabiqəsinin regional finalında təmsil edəcəklər.

Təbrik edirik!