4 gün, 5 saat əvvəl

UFAZ tələbələri “France Excellence Eiffel” təqaüd proqramına seçiliblər

Career Centre posts  frace exellencee 2

Azərbaycan-Fransız Universitetinin (UFAZ) 5 tələbəsi Fransa Səfirliyi tərəfindən təqdim olunan nüfuzlu “France Excellence Eiffel” təqaüd proqramı üzrə 2026-cı il üçün uğur qazanıblar.

Təqaüdə layiq görülən tələbələr sırasında UFAZ-ın “Kimya mühəndisliyi” ixtisası üzrə magistr tələbəsi Budaqov Zaur, “Neft və qaz mühəndisliyi” ixtisası bakalavr tələbələri Kazımova Lalə və Yolçiyev Pərvin, “Geologiya və geofizika mühəndisliyi”-ndə Rzayeva İnci, həmçinin “Kompüter elmləri” ixtisasında təhsil alan Yavərova Emiliya yer alırlar.

“Eiffel Excellence Scholarship Program” Fransa, Avropa və xarici işlər nazirliyi tərəfindən Fransanın ali təhsil müəssisələrinə istedadlı beynəlxalq tələbələrin magistratura və doktorantura proqramlarına cəlb olunmasını dəstəkləmək məqsədilə təsis edilib.

Təqaüd proqramı çərçivəsində seçilmiş tələbələr 10 ay müddətində Fransada təhsil almaq imkanı əldə edəcəklər. Təqaüdçülərə aylıq 900 avro məbləğində maliyyə dəstəyi təqdim olunacaq. Bundan əlavə, yaşı 28-dən aşağı olan tələbələr sosial dəstək imkanlarından da faydalanacaqlar.

Bu uğur bir daha UFAZ tələbələrinin akademik potensialını və universitetin beynəlxalq təhsil mühitini nümayiş etdirir.

Bütün tələbələri təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq!