15 saat əvvəl

UFAZ Tələbələri Dördayaqlı Dostlarla Bir Arada

animalcareclub 1

Azərbaycan-Fransız Universitetinin “Heyvanlara qayğı” tələbə klubunun təşəbbüsü ilə IDEA Heyvanlara Qayğı Mərkəzinə səfər təşkil olundu.

Tələbələrə mərkəzin yaradılması, məqsədləri, cəmiyyətə ötürdüyü ideyalar barəsində məlumat verildikdən sonra ev heyvanlarının buraya gətirilməsi üzrə real hadisələrdən nümunələr diqqətə çatdırıldı. Tələbələr küçələrdə yaşayan heyvanların əsasən hansı formalarda zorakılığa məruz qaldıqları ilə bağlı məlumatlandırıldılar.

Daha sonra mərkəzə gətirilən heyvanlara tibbi qulluğun göstərilməsi, eyni zamanda onların gündəlik yaşayışının necə təşkil olunduğu ilə bağlı detallar qeyd olundu. Tələbələr ev heyvanlarının qayğı ilə saxlanılması ətrafında maarifləndirildilər.

Tanışlıqdan sonra tələbələr ev heyvanları ilə vaxt keçirmək, onlarla oynamaq, saxlanıldıqları şəraitlə yaxından tanış olmaq, sağlamlıq vəziyyətləri ilə bağlı məlumat almaq imkanı əldə etdilər. Onlar dördayaqlı dostlar üçün nəzərdə tutulan klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası ilə tanış oldular.

Mərkəzin baytarlıq klinasında həm küçə, həm də sahibli heyvanlara xidmət göstərildiyi vurğulandı. Küçə heyvanlarının sterilizasiya edildiyi, peyvəndləndiyi, mikroçipləndiyi və potensial sahibləri üçün tam hazır vəziyyətdə saxlanıldığı, bundan sonra himayəyə verildiyi qeyd olundu.

Heyvanlarla humanist davranışın əhəmiyyətini aşılayan bu səfər UFAZ tələbələri üçün olduqca maraqlı və maarifləndirici bir təcrübə oldu.

animalcareclub 2
animalcareclub 3
animalcareclub 4
animalcareclub 5
animalcareclub 6
animalcareclub 7
animalcareclub 8
animalcareclub 9
animalcareclub 10
animalcareclub 11
animalcareclub 12
animalcareclub 13