1 ay əvvəl

UFAZ Tələbələri Strasburq Universitetindəki Yay Məktəbini Başa Vurublar

yay mektebi 1

Azərbaycan-Fransız Universitetinin 40 tələbəsi iki həftə ərzində Strasburq Universitetində təşkil olunan Yay məktəbində iştirak ediblər. Bu müddət ərzində onlar universitetin müasir kampusunda təhsil alıb, dil biliklərini möhkəmləndirib, elmi laboratoriyalara baş çəkib və eyni zamanda Fransa tarixi və mədəni irsi ilə tanış olublar.

Tələbələr yay məktəbi çərçivəsində professorların rəhbərliyi ilə dərs layihələri üzərində işləyib, müxtəlif mövzularda posterlər hazırlayıblar. Mədəni biliklərini daha da zənginləşdirmək məqsədilə onlar İsveçrə, Lüksemburq və Almaniya kimi qonşu Avropa ölkələrinə də səfərlər ediblər. Yay məktəbi müddətində tələbələrin Avropa Parlamentinə baş çəkmələri də proqramın diqqətəlayiq məqamlarından olub.

Strasburq Universitetində qazandıqları bu tədris təcrübəsinin tələbələrimizə həm bilik, həm də dünyagörüşü baxımından əhəmiyyətli töhfələr verdiyinə inanırıq.

yay mektebi 2
yay mektebi3
yay mektebi4
yay mektebi5
yay mektebi6
yay mektebi7
yay mektebi8
yay mektebi9
yay mektebi10
yay mektebi11
yay mektebi12
yay mektebi13
yay mektebi14
yay mektebi15
yay mektebi16
yay mektebi18
yay mektebi19
yay mektebi20
yay mektebi21
yay mektebi22
yay mektebi23
yay mektebi son