9 saat əvvəl

UFAZ tələbələri geoloji çöl təcrübəsində praktik bilik və bacarıqlarını inkişaf etdiriblər

fieldtrip absheron 26 2 arzuuuuuuu aliyeva

Azərbaycan-Fransız Universitetinin (UFAZ) ikinci kurs "Geologiya və geofizika mühəndisliyi" tələbələri nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmək və geoloji sahə bacarıqlarını təkmilləşdirmək məqsədilə çöl təcrübəsində iştirak ediblər.

Geofizika sahəsi üzrə dosent Lukas Bofil, Geofizika proqramının koordinatoru Arzu Əliyeva və Neft və qaz proqramının koordinatoru Fidan Aslanzadənin rəhbərliyi ilə keçirilən sahə təcrübəsi tələbələrə real geoloji mühitdə müşahidələr aparmaq və auditoriyada əldə etdikləri bilikləri tətbiq etmək imkanı yaradıb.

Təcrübə zamanı tələbələr ərazidə istiqamətlənmə, kompas, geoloji kompas, lupa və HCl kimi əsas geoloji alətlərdən düzgün istifadə, süxurların müşahidəsi və çıxıntıların eskizlərinin hazırlanması kimi fundamental sahə bacarıqlarını inkişaf etdiriblər.

Xəzər sahilinin Sitalçay kəndi ərazisində tələbələr müxtəlif çökmə mühitlərini və geoloji formalaşma tiplərini müşahidə edib, çökmə süxur qruplarını fərqləndirməyi və onların yaranma proseslərini öyrəniblər. Burada, həmçinin, sedimentlərin formalaşmasında proqradasiya və retroqradasiya prosesləri, eləcə də delta mühitləri araşdırılıb.

Sahə təcrübəsinin digər dayanacağı Xızı yolu üzərində yerləşən Şəkər dağları ərazisi olub. Burada tələbələr dərin dəniz mühitinin formalaşmasını və Ərəb-Afrika və Avrasiya tektonik plitələrinin toqquşması nəticəsində yaranan deformasiya proseslərini əyani şəkildə öyrəniblər.

WhatsApp Image 2026-09-30 at 11.01.03 fieldtrip absheron 26 1
WhatsApp Image 2026-09-30 at 11.01.01  fieldtrip absheron 26 3
WhatsApp Image 2026-09-30 at 11.00.58 (1)  fieldtrip absheron 26 5
WhatsApp Image 2026-09-30 at 11.00.58  fieldtrip absheron 26 6