1 il, 6 ay əvvəl

UFAZ Azərbaycan-Fransız Universitetinin tələbələri Azercell Tələbə Təqaüdü Proqramının qalibi olub

415030111_954920926168446_7278992518073507806_n

Azərbaycan-Fransız Universitetinin tələbələri Murad Vəliyev, Kamal Ağazadə, Yusif Əskəri və Əziz Zeynallı Azercell Tələbə Təqaüdü Proqramının qalibi olub. Qeyd edək ki, Tələbə Təqaüdü Proqramına seçilmiş 10 tələbəyə aylıq 300 azn məbləğində təqaüd veriləcək. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və akademik fərq nümayiş etdirən tələbələri təhsilə daha çox həvəsləndirmək, yüksək potensiala malik gənclərin gələcək mütəxəssis kimi formalaşmasına dəstək olmaqdır. Həmçinin, UFAZ tələbəsi Emin Xəlifəyev Azercell şirkətinin təcrübəçisi kimi “Verilənlər elmi” komandasına qatılıb.

413960233_954926222834583_6807155407414607685_n