1 həftə, 6 gün əvvəl

UFAZ tələbələri Rumıniyada AUF-in simpoziumunda iştirak etdilər

kkkkkkkjj

UFAZ tələbələri Cavid Rəhimov və Könül Ağayeva Gənc Frankofon Laureatlar Simpoziumunda iştirak etdilər. Bu əhəmiyyətli tədbir AUF-in Mərkəzi və Şərqi Avropa üzrə regional şöbəsinin 30 illik yubileyi münasibətilə keçirildi.

Simpozium 1-5 iyul tarixlərində Rumıniyanın Kluj-Napoka şəhərində baş tutdu. Tədbir dayanıqlı inkişaf və layihə idarəçiliyinə marağı olan tələbələr üçün şəbəkələşmə, ideyaları paylaşmaq və faydalı təcrübə qazanmaq baxımından əlamətdar bir fürsət rolunu oynadı. İştirakçılar sonda sertifikatla təltif olundular. Qeyd edək ki, iştirak üçün seçilən tələbələrin xərcləri təşkilatçılar tərəfindən qarşılanmışdı.

kkkkkkk
kkkkkky
kkkkkkjjjjj
kk