3 həftə, 6 gün əvvəl

UFAZ-ın Tələbələri “Azercell”in “DataMinds Bootcamp” Proqramında İştirak Edirlər

AZERCELL

Bu il “Azercell”in “DataMinds Bootcamp” proqramına 28-i UFAZ tələbəsi olmaqla ümumilikdə 465 nəfər müraciət edib. İngilis dili bilikləri, məntiqi və analitik bacarıqlar, verilənlər bazası və SQL-in əsasları, data elmi və “Python” üzrə ilkin qiymətləndirmədən sonra 5 UFAZ tələbəsi proqramda iştirak hüququ qazanıb.

Proqrama seçilənlər arasında “Data elmi və süni intellekt” ixtisası üzrə magistratura tələbələri Anar Əhmədov və Nurlan Abdullazadə, “Kompüter elmləri” ixtisası üzrə bakalavr tələbələri Əli Qasımov və Bayram Əliyev, eyni zamanda “Kompüter elmləri” ixtisası üzrə 2025-ci il məzunu Fatulla Bəşirov yer alır.

İyulun 21-də start götürən proqram sentyabrın 5-dək davam edəcək və tələbələr üçün biliklərini dərinləşdirmək, həmçinin praktik təcrübə qazanmaq imkanı yaradacaq.