12 saat əvvəl

UFAZ tələbələri BCCA-nın “Low Carbon from Day One” interaktiv sessiyasında iştirak ediblər

thumb_show ufaz kids at event 1

Sentyabrın 29-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Britaniya Ticarət Palatasının Azərbaycandakı (BCCA) Davamlılıq və Enerji Komitəsinin yeni təşəbbüsü olan “BCCA Interactive Executive Series: Low Carbon from Day One” çərçivəsində keçirilən ilk sessiyada iştirak ediblər.

“Hyatt Regency Baku”da keçirilən və mühəndislik mövzusuna həsr olunan sessiyada layihələrin ilkin mərhələlərində qəbul edilən mühəndislik qərarlarının layihənin bütün mərhələlərində karbon emissiyalarına, əməliyyat səmərəliliyinə və ümumi layihə xərclərinə təsiri müzakirə olunub.

“Low Carbon from Day One” təşəbbüsü sənaye mütəxəssislərini bir araya gətirərək aşağı karbonlu yanaşmaların layihənin müxtəlif mərhələlərinə inteqrasiyası üzrə praktik təcrübə və yanaşmaların paylaşılmasını nəzərdə tutur.

UFAZ-ın “Kimya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri Günay Əşrəfova və Əmirəli Eyvazlı tədbir çərçivəsində sənaye mütəxəssislərinin təcrübəsindən yararlanmaq, mühəndislik qərarlarının dayanıqlılıq və enerji səmərəliliyi ilə əlaqəsini daha yaxından öyrənmək, eləcə də akademik biliklərini real sənaye yanaşmaları ilə əlaqələndirmək imkanı əldə ediblər.

Qeyd edək ki, sessiyada “Kent” şirkətinin Azərbaycan üzrə direktoru Hyu Kelli, “Aggreko” şirkətinin MDB regionunda biznesin inkişafı üzrə rəhbəri Rəşad Əkbərzadə və “Aggreko” şirkətinin BƏƏ, Oman və Xəzər regionu üzrə neft və qaz satışları meneceri Ayen Orm çıxış ediblər.

2 kids at bacca event
3 kids at bacca event
4 kids at bacca event