1 həftə, 3 gün əvvəl

UFAZ tələbələri “SOCAR Upstream Management International Bootcamp” proqramında iştirak ediblər

SOCAR Bootcamp Program 2026 1

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Kamilə Rəhimova, Nuru Qasımov və Timur Zuyev “SOCAR Upstream Management International Bootcamp” proqramını uğurla başa vurublar.

Neft-qaz sənayesi üzrə mühəndislik ixtisaslarında təhsil alan tələbələr üçün nəzərdə tutulmuş intensiv proqram çərçivəsində iştirakçılar SOCAR mühəndisləri, sənaye mütəxəssisləri və mentorların rəhbərliyi ilə müxtəlif texniki və yumşaq bacarıqlar sessiyalarına qatılıblar. Təlimlər zamanı neft-qaz sənayesinin müxtəlif istiqamətləri ilə yanaşı, kommunikasiya, komanda işi, problem həlli və peşəkar inkişaf kimi bacarıqlar da inkişaf etdirilib.

Proqram iştirakçıları, həmçinin enerji sektorunda fəaliyyət göstərən şirkətlərin iş prinsipləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. “Bahar Energy Operating Company”yə təşkil olunan səfər zamanı tələbələr şirkətin fəaliyyəti, dəyərləri və neft-qaz sənayesindəki rolu haqqında məlumat alıb, təlim düşərgəsi çərçivəsində əldə etdikləri nəzəri biliklərin real iş mühitində necə tətbiq olunduğunu müşahidə ediblər.

Proqramın yekun mərhələsində iştirakçılar komandalar şəklində sənaye ilə bağlı müxtəlif mövzular üzrə təqdimatlar hazırlayıblar. Tələbələr əldə etdikləri bilik və bacarıqları tətbiq edərək hazırladıqları yekun layihələri SOCAR-ın baş direktoru və texniki direktorlarının qarşısında təqdim edib, təcrübəli sənaye rəhbərlərindən rəy və tövsiyələr alıblar.

802308485_1757300322597165_8903086162873592280_n socar 2
802989899_1757300305930500_9038504246723143734_n  socar 23
802562481_1757300179263846_7992260430456728341_n  socar 24
800842597_1757300212597176_837840331017539399_n  socar 25
9f7ed1c0-fec7-491b-82b9-ca55ffe4702e 6 socar
182e5a0c-be28-4202-9e2e-c952add6dded 7 socar