3 həftə, 6 gün əvvəl

UFAZ tələbələri bp-nin "Discovery Week" proqramında iştirak ediblər

637632364_1572323834428149_8308900789912014774_n bp2

Azərbaycan-Fransız Universitetinin (UFAZ) bir qrup tələbəsi bp şirkətinin təşkil etdiyi "Discovery Week" proqramında iştirak edərək enerji sənayesi ilə yaxından tanış olublar. Beş günlük intensiv proqram tələbələrə nəzəri biliklərini real sənaye mühitində sınaqdan keçirmək və dünyanın qabaqcıl texniki mütəxəssislərindən birbaşa öyrənmək imkanı yaradıb.

UFAZ-ın “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə təhsil alan Muradxan Əhmədov, Hökumə Axundlu, Alina Qaysayeva və Zeynəb Kəlbiyeva, həmçinin “Neft və qaz mühəndisliyi” ixtisasının tələbələri Tural Xıdırov, Ömər Həsənov və Xədicə Səlimova bu nüfuzlu proqramda iştirak etmək imkanı qazanıblar.

Onlar seçim mərhələlərini uğurla keçərək bp-nin korporativ mədəniyyəti ilə tanış olmaq və gələcək karyera istiqamətlərini müəyyənləşdirmək şansı əldə ediblər. Tələbələr mütəxəssislərin rəhbərliyi altında texniki bacarıqların inkişafına yönəlmiş interaktiv seminarlarda iştirak edib, enerji sektorunun müasir çağırışları və həll yolları üzərində praktik tapşırıqlar icra ediblər.

UFAZ tələbələri üçün bu kəşfiyyat həftəsi yeni biliklər qazanmaqla yanaşı, həm də gələcək karyera perspektivlərini müəyyən etmək baxımından əhəmiyyətli olub.

636631071_1572323744428158_2798824195874944091_n bp1
639038447_1572323837761482_3102641117164237616_n bp3
637274436_1572323841094815_1062940514586412361_n bp4
637356215_1572323941094805_3781119225211851696_n bp5
637787339_1572323967761469_1402688040789309844_n bp6
636164849_1572323974428135_5623804147691900194_n bp7
638501173_1572324037761462_1670456369138899541_n bp9
638424814_1572324034428129_3867902133734788269_n bp8
635031013_1572324041094795_3721483295950563940_n bp11