2 həftə, 1 gün əvvəl

UFAZ-ın tələbələri İsveçdə geofizika üzrə çöl düşərgəsində iştirak ediblər

bu cover isveç

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri İsveçin Trollhettan şəhərində keçirilən çöl düşərgəsində uğurla iştirak ediblər. “Neft və qaz mühəndisliyi” ixtisasında təhsil alan Mədinə Cəfərzadə və “Geologiya və geofizika mühəndisliyi”ndə təhsil alan Kamilə Rəhimova proqrama Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SEG Tələbə Cəmiyyətinin üzvləri arasından seçiliblər.

Düşərgə Uppsala Universitetinin SEG Tələbə Cəmiyyətinin təşkilatçılığı, SEG, SGI və FORMAS-ın dəstəyi ilə həyata keçirilib. Təcrübə müddətində müxtəlif ölkələrdən, o cümlədən İsveç, İtaliya, Əlcəzair, Mərakeş, Pakistan və ABŞ-dən olan gənc alimləri bir araya gəlmişdir. Proqram Jolanta Putnaitė, Myrto Papadopoulou, Samuel Zappalà və Emmanouil Konstantinidis tərəfindən idarə edilib.

İntensiv beş gün ərzində iştirakçılar Trollhettan yaxınlığındakı Göta çayı boyunca geniş geofiziki tədqiqatlar aparıblar. Bu ərazi sürüşmə izləri ilə məşhurdur. Komanda 10 Hz-lik vertikal geofonlar, simsiz seysmik qeydiyyat cihazları və çəkic mənbələrindən istifadə edərək ümumi uzunluğu 600-800 metr olan üç seysmik profil (P1-P3) həyata keçirib. Tədqiqat həmçinin ambient seysmik səs qeydləri ilə tamamlanıb.

Düşərgənin unikallığı P1 boyunca optik lif kabelindən istifadə edərək paylanmış akustik sensorlaşdırma (Distributed Acoustic Sensing, DAS) sınaqlarının aparılması olub. Bu üsul uzunmüddətli monitorinq üçün imkan yaradaraq ənənəvi geofonlarla müqayisə aparmağa şərait verib. Bundan əlavə, cazibə (gravimetrik) və maqnitik tədqiqatlar aparılıb və SGI tərəfindən təmin olunan geotexniki nümunələr nəticələrin kalibrlənməsi və şərhində istifadə olunub.

Dəqiqliyin təmin edilməsi üçün sahə işləri zamanı differensial GPS mövqeləşdirmə tətbiq edilib. Yeraltı şəraitdə mövsümi dəyişikliklərin izlənilməsi üçün təkrarlanan tədqiqatlar aparmaq planlaşdırılıb.

Düşərgə praktik sahə işlərini, məlumatların emalını və yekun təqdimatları birləşdirərək iştirakçılara qabaqcıl geofiziki metodlar üzrə dəyərli təcrübə qazandırıb. Proqramın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Bu unikal beynəlxalq təcrübə UFAZ tələbələrinin təkcə elmi və peşəkar bacarıqlarını artırmaqla kifayətlənməyib, həm də onların qlobal geoloq-alimlər icmasına inteqrasiyasına töhfə verib.

UFAZ Students Participated indaa
10 isveçdə olanlar
6 isveçdə olanlar
9 isveçdə olanlar
13 isveçdə olanlar
3 isveçdə olanlar
4 isveçdə olanlar
12 isveçdə olanlar
14 isveçdə olanlar
IMG_7263isveçç
IMG_7267isveçç
isveçç