3 gün, 7 saat əvvəl
UFAZ Tələbələri “Kiber Yay Məktəbi 2025” Beynəlxalq Yay Düşərgəsində İştirak Ediblər

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 21-26 iyul tarixlərində keçirilən “Kiber Yay Məktəbi 2025” beynəlxalq yay düşərgəsində UFAZ-ın tələbələri – Adilə Cəfərova, Famil Gulmammadov və Fidan Allahverdiyeva fəal iştirak ediblər.
Artıq üçüncü dəfə baş tutan bu düşərgə kibertəhlükəsizlik sahəsinə maraq göstərən yeniyetmə və gənclər üçün unikal təcrübə mühitidir. Altı gün ərzində iştirakçılar kibertəhlükəsizlik üzrə yerli və xarici mütəxəssislərdən təlimlər alıb, həmçinin master-klaslar və ekspertlərlə görüşlərdə iştirak ediblər.
Qeyd edək ki, düşərgənin məqsədi kibertəhlükəsizlik sahəsində istedadlı gənclərin üzə çıxarılması, onların ixtisaslaşmasına dəstək verilməsi, eləcə də ölkə daxilində və beynəlxalq səviyyədə dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.

