9 saat əvvəl

UFAZ tələbələri Beynəlxalq Astronavtika Konqresində elmi tədqiqatlarını təqdim ediblər

students in antalya iac 26 1

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Azərbaycanın milli elmi nümayəndə heyətinin tərkibində oktyabrın 5-9-da Türkiyənin Antalya şəhərində keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresində (IAC 2026) iştirak ediblər.

Beynəlxalq Astronavtika Federasiyasının (IAF) təşkilatçılığı, Türkiyə Kosmik Agentliyinin (TUA) ev sahibliyi ilə keçirilən konqres dünyanın müxtəlif ölkələrindən kosmik agentlikləri, alimləri, mühəndisləri, tədqiqatçıları, sənaye nümayəndələrini və tələbələri bir araya gətirib. “Dünyaya daha çox kosmos lazımdır” şüarı altında keçirilən builki konqres kosmik tədqiqatlar, innovativ texnologiyalar və beynəlxalq elmi əməkdaşlıq istiqamətlərində bilik və təcrübə mübadiləsi üçün imkan yaradıb.

UFAZ-ın “Kompüter elmləri” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələri konqres çərçivəsində elmi araşdırmalarını şifahi və interaktiv şəkildə beynəlxalq auditoriyaya təqdim ediblər. Onların tədqiqatları peyk sistemlərində anomaliyaların aşkarlanması, Yer müşahidələri, kosmik cisimlərin hərəkətinin modelləşdirilməsi, kosmik sistemlərin monitorinqi və digər aktual elmi istiqamətləri əhatə edib.

Tələbələrin təqdim etdiyi elmi işlər aşağıdakılardır:

  1. “Kosmik tullantıların orbitlərinin qısamüddətli proqnozlaşdırılması üçün fiziki qanunauyğunluqları nəzərə alan hibrid qalıq öyrənmə yanaşması”.

Müəllif: Məryəm Axundova.

2. “Proqramlaşdırma vasitəsilə astrodinamikanın öyrənilməsi: kompüter elmləri tələbəsinin Türkiyənin AYAP missiyasını anlamaq təcrübəsi”.

Müəlliflər: Məryəm Axundova və Dmitri Kuramşin.

3. “Kosmik sistemlərin struktur vəziyyətinin monitorinqi və anomaliyaların aşkarlanması üçün fiber-optik paylanmış akustik ölçmə texnologiyası”.

Müəllif: Kamilə Rəhimova.

4. “Passiv seysmologiya metodları vasitəsilə Europa tipli peyklərdə buz və okean arasındakı sərhədlərin aşkarlanması”.

Müəllif: İlham Məmmədzadə.

5. “Kiçik peyklərin telemetrik məlumatlarında anomaliyaların aşkarlanması üçün simulyasiyaya əsaslanan çərçivə”.

Müəlliflər: Ləman Tağıyeva və Fərhad Budaqov.

6. “Yer müşahidə məlumatlarından istifadə etməklə vulkan mənşəli kükürd dioksid (SO₂) emissiyalarının peyk vasitəsilə aşkarlanması üçün verilənlərə əsaslanan yanaşma”.

Müəlliflər: Fərhad Budaqov və Ləman Tağıyeva.

students in antalya iac 26 2
students in antalya iac 26 22
students in antalya iac 26 21
students in antalya iac 26 20
students in antalya iac 26 19
students in antalya iac 26 18
students in antalya iac 26 17
students in antalya iac 26 16
students in antalya iac 26 15
students in antalya iac 26 13
students in antalya iac 26 12
students in antalya iac 26 11
students in antalya iac 26 10
students in antalya iac 26 9
students in antalya iac 26 8
students in antalya iac 26 7
students in antalya iac 26 6
students in antalya iac 26 4
students in antalya iac 26 5