2 həftə, 4 gün əvvəl

UFAZ tələbələri “Huawei ICT Competition 2025-2026” Qlobal Finalında iki beynəlxalq mükafata layiq görülüblər

719476308_1670482874612244_3914287352659878618_n huaaa9

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri informasiya və kommunikasiya texnologiyaları sahəsində dünyanın ən nüfuzlu müsabiqələrindən biri hesab olunan “Huawei ICT Competition 2025-2026” müsabiqəsinin qlobal final mərhələsində mühüm uğura imza atıblar.

Azərbaycanı “Cloud Track” kateqoriyası üzrə təmsil edən UFAZ komandası milli, regional və beynəlxalq seçim mərhələlərini uğurla keçərək Çində keçirilən qlobal finalda dünyanın aparıcı universitetlərinin komandaları ilə mübarizə aparıb.

Komandanın tərkibində “Kompüter elmləri” ixtisasının 4-cü kurs tələbəsi Ayan İsmayılova, 3-cü kurs tələbələri Nəzrin Əliyeva və Əsmər Əliyeva yer alıblar. Komandaya UFAZ-ın İKT koordinatoru və “Huawei ICT Academy”nin müəllimi Pərviz Nəsirov rəhbərlik edib.

Tələbələr “Cloud Track Practical Competition” mərhələsində bulud infrastrukturu, sistemlərin yerləşdirilməsi, resursların idarə olunması və korporativ bulud həlləri üzrə bilik və bacarıqlarını nümayiş etdirərək qlobal finalda 3-cü yerə layiq görülüblər.

Komanda bununla yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində qadınların rolunu və nailiyyətlərini təşviq edən nüfuzlu “Women in Tech Award” mükafatına da layiq görülüb. Bu mükafat texnologiya sahəsində uğur qazanan qadın tələbələrin nailiyyətlərinin beynəlxalq səviyyədə tanınması məqsədilə təqdim edilir.

Qlobal final proqramı çərçivəsində UFAZ nümayəndə heyəti “Huawei” şirkətinin Çində yerləşən əsas qərargahını da ziyarət edib. Tələbələr şirkətin innovasiya mərkəzləri, tədqiqat laboratoriyaları və sərgi pavilyonları ilə tanış olaraq bulud texnologiyaları, süni intellekt, 5G şəbəkələri, “ağıllı şəhər”lər və rəqəmsal transformasiya sahələrində ən son yeniliklər barədə ətraflı məlumat əldə ediblər.

Səfər iştirakçılara dünyanın müxtəlif ölkələrindən olan tələbə və müəllimlərlə ünsiyyət qurmaq, beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək və qlobal texnologiya ekosistemi ilə yaxından tanış olmaq imkanı yaradıb.

UFAZ komandasını bu nailiyyət münasibətilə təbrik edir və onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

718943176_1670482654612266_2676442003987174390_n huaaa1
719507732_1670482631278935_6053315897472191081_n huaaa2
717115838_1670482687945596_5519359628048762359_n huaaa3
718538997_1670482754612256_1962216363298335347_n huaaa4
718069181_1670482781278920_1329752178266688409_n huaaa5
717425545_1670482817945583_700281182105336686_n huaaa7
717440387_1670482897945575_3614901295467221794_n huaaa8
719585906_1670483731278825_3706401196316426981_n huaaa111
719532683_1670482927945572_8941843296032313052_n huaaa10
719401125_1670483881278810_5277367105978015782_n huaaa12
717140696_1670484054612126_2726220014760388658_n huaaa13
719891619_1670484201278778_2868472644837895033_n huaaa14
717909697_1670484331278765_3864967437454694429_n huaaa15
719492542_1670484524612079_673661777755798219_n huaaa16
719548310_1670484901278708_8833160125824329951_n huaaa16
718151292_1670485017945363_2986094593248628751_n huaaa17
717140696_1670485231278675_4529384044659026619_n huaaa17
719532667_1670485387945326_1441856744687735579_n huaaa18
719401007_1670485551278643_5484611241736388089_n huaaa19