1 il, 4 ay əvvəl

UFAZ tələbələri PASHA Sığorta və Bakı Ali Neft Məktəbi tərəfindən təşkil olunan Hakatonda 2-ci və 3-cü yerlər üzrə qalib gəlib

413800267_953799372947268_5350499220129401263_n

UFAZ tələbələrinin iştirak etdiyi iki komanda PASHA Sığorta və Bakı Ali Neft Məktəbi tərəfindən təşkil olunan Hakatonda 2-ci və 3-cü yerlər üzrə qalib gəlib.

Orxan Abdullayevin iştirak etdiyi, 2-ci yeri tutan komanda sürücülər üçün qəza sonrası prosesi sadələşdirməyi hədəfləyən bir system hazırlayıblar. Sistem Detektron2 vasitəsilə visual kompüter alqoritmlərindən istifadə edir.

Nərmin Mustafalı, Şəms Qədirli və Əminə İsmayılzadənin iştirak etdiyi, 3-cü yeri tutan "Eclipse" komandasının layihəsi sığorta texnologiyaları sahəsində innovasiya etməyi, sığorta xidmətlərindən daha yaxşı faydalana bilmək üçün texnologiyadan səmərəli istifadənin yeni yollarını tapmağı hədəfləyir. Onlar sürücünün fəaliyyətini müəyyən kriteriyalar üzrə dəyərləndirən və təhlil edən bir tətbiq hazırlayıblar. Tətbiq əldə etdiyi nəticələrə uyğun olaraq hər bir sürücüyə müəyyən bir status verir.

412887816_953799419613930_7568357254936004545_n